Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yuxusuzluğa qalib gəlməyin yolları açıqlanıb 

Uzunmüddətli yuxu problemləri ciddi ürək və beyin xəstəliklərinə səbəb ola bilər.

Bu barədə rusiyalı tibb elmləri doktoru Sergey Xomyakov xəbərdarlıq edib.

Onun sözlərinə görə, yatmazdan əvvəl gəzinti və otağın tam qaranlıq olması yuxusuzluğa qarşı mübarizədə kömək edə bilər.

“Uzun müddət yuxusuz qalmaq son dərəcə təhlükəli haldır. Bioritmlərin uzun müddət patoloji pozulması və ya desinxronoz ürək-damar, beyin-damar xəstəliklərinə, həmçinin endokrin, sinir və reproduktiv sistem xəstəliklərinə gətirə bilər”, - deyə Xomyakov izah edib.

Həkim yuxusuzluqdan əziyyət çəkənlərə yatmazdan 1 saat əvvəl təmiz havada gəzməyi, tam qaranlıq və temperaturu təxminən 20 dərəcə olan otaqda yatmağı, yatmazdan əvvəl televizor və qadcetlərə baxmamağı, həmçinin yatmazdan bir neçə saat əvvəl otaqda isti çalarlarlı işıq yandırmağı tövsiyə edib.

Bundan əlavə, Xomyakov xatırladıb ki, hazırda desinxronozun (bioritm pozuntularının patoloji vəziyyəti) müalicəsində melatonin tərkibli dərmanlar istifadə olunur.

“Melatoninin effektivliyi klinik tədqiqatlarda tam sübuta yetirilməyib. Bununla belə, melatonin dəyişən vaxt qurşaqlarına (jet lag) uyğunlaşmaq, həmçinin sirkadiyalı ritmlərin pozulmasından sonra yuxu-oyanma dövrünü bərpa etmək üçün geniş istifadə olunur. Melatonin preparatları təhlükəsizdir və dərmanın terapevtik pəncərəsi və ya dozaj diapazonu genişdir. Melatonin epifiz tərəfindən endogen melatonin istehsalının azaldığı yaşlı xəstələr üçün faydalıdır”, - deyə həkim sözlərini yekunlaşdırıb.(oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Video

Fəzail İbrahimli Masallıda seçicilərlə görüşüb - Foto

Faciəvi şəkildə ölən 38 yaşlı Aybənizin fotosu - evi təmizləyib, yeməyi bişirib...

Pezeşkian yeni nazirlərini açıqladı – Bakı üçün kritik isim

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır 

Rus ordusunun çıxdığı kəndə adını verən məşhur erməni: 57 il öncə Azərbaycan haqda nə yazıb?

Azərbaycanda bu avtomobillərə maraq kəskin azaldı - Video

Laçında keçirilən görüş Ermənistanda narahatlıq yaradıb - Fotolar

Rusiya Kurskda Ukrayna hərbçilərini vurdu - Video

FHN Mingəçevirdə 35 yaşlı kişinin suda batması faktı ilə bağlı məlumat yayıb - Yenilənib

Paris-2024: Medal siyahısında dəyişiklik ola bilər - Səbəb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay